Download EGOV AR

EGOV AR

Artırılmış Reallıq gerçək mühiti səs, görüntü, qrafik və digər məlumatlarla zənginləşdirən texnologiyadır.
Category Price Seller Device
Games Free Data Processing Center of the Ministry of Communications and High Technologies iPhone, iPad, iPod

22-ci Azərbaycan beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2016” sərgi və konfransında “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzi böyük stendi, maraqlı müsabiqə və viktorinaları ilə ziyarətçilərinin yolunu gözləyir.
Sərgiyə gələn hər bir ziyarətçi Android və İOS sistemləri üçün hazırlanmış “EGOV AR” adlı mobil tətbiqi telefonuna yükləyərək Rabitə və Yüsək Texnologiyalar Nazirliyinin stendlərində qarşısına çıxan posterləri skan edə və Artırılmış Reallıq texnologiyası ilə canlanan videoları izləyə bilər. Hər bir videonun sonunda ekrana mövzu ilə bağlı sual çıxacaq. Viktorinada iştirak edən ziyarətçi bütün posterlərə yaxınlaşıb ona təqdim edilən videoları izləməli və videonun sonunda təqdim ediləcək sualı cavablandırmalıdır. Bütün sualları düzgün cavablandıra bilən iştirakçı Portalın operatoru tərəfindən hədiyyə qazanacaq.
Videolar stenddə təqdim ediləcək "Elektron hökumət" portalı, Elektron arayışlar, Yeni nəsil şəxsiyyət vəsiqəsi, Elektron imza, IMEI kod, 157 çağrı mərkəzi kimi mövzuları əhatə edəcək.

Reviews

Reviews not available.

Featured on lists